Supermarketlərdə QİYMƏT FIRILDAĞI – Müştərini kassalarda necə aldadırlar? 

Hazırda oxunan: Supermarketlərdə QİYMƏT FIRILDAĞI – Müştərini kassalarda necə aldadırlar? 

97051

Deputat Rüfət Quliyev parlamentin son plenar iclasında supermarketlərlə bağlı danışıb. Bildirib ki, hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. 

“Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azərbaycan İstehlakçılar Birliyini sədri Əyyub Hüseynov bu məsələ çox ciddi bir problem olduğunu bildirdi.

“Deputatın dediklərində güclü sarkazm var. Amma deyilənlər həqiqətdir. Bizim Birliyə bəlkə də ən çox müraciət bu məsələ ilə bağlı olur. Müasir texnologiyalar tətbiq olunduqca sevinirik.
Amma nonotexnologiyaların tətbiqi çox zaman əlavə peoblem yaradır. Bu təkcə bizdə deyil.

Mən belə hallarla Argentina, ABŞ, və Almaniyadakı marketlərdə də rastlaşmışam. Mən Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov guya əhalini maarifləndirirəm ki, “ayıq olun, aldanmayın”.

Amma, təkcə Nizami küçəsindəki, “Grandmarket” də mənə qarşı bir ildə 100 manata qədər aldatma cəhdi olub. Bilmişəm, pulumu geri almışam. Bilmədiklərim hələ gör nə qədərdir. Bizim araşdırılmalarımız göstərir ki, istehlakçılarımız il ərzində orta hesabla 500 milyon manat civarında aldadılır. Hələ çəkidə və keyfiyyətdə aldadılma hallarını demirəm”.

Birliyin sədri istehlakçılara səsləndi:  

“Yaxşı olar ki, nağdsız ödəniş edərkən diqqətli olsunlar. Eyni zamanda, aldıqları malın çekini atmasınlar. Evə gedərkən məhsullara baxıb, üzləşdirsinlər. Aldadıldıqlarını bilən zaman marketə qayıdıb haqqlarını tələb etsinlər. Çünki, kassalardakı bütün proseslər kamera vasitəsi ilə lentə alınır”.  

Əyyub Hüseynov sonda onu da bildirdi ki, düşünürəm ki, iri ticarət mərkəzləri üçün qaydalar hazırlanmalıdır. 

“Hökümətin bununla bağlı müvafiq qərarına ciddi ehtiyac var. Təkcə ticarət obyektlərində deyil, iaşə obyektlərində də istehlakçılar addımbaşı aldadılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin