“Azərbaycana qarşı kibertəhdidlər artıb” – RƏSMİ  

Hazırda oxunan: “Azərbaycana qarşı kibertəhdidlər artıb” – RƏSMİ  

97049

“Azərbaycan Respublikasının kibertəhdidlərdən qorunması milli təhlükəsizliyimizin əsas prioritetlərindəndir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.  

“Bu cür forumların ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var. Son 5 ildə Azərbaycan kibertəhlükəsizlik sahəsində əmin addımlarla irəliləyir.

Biz də dövlət orqanı olaraq özəl sektorla birgə fəaliyyətə üstünlük veririk. Çünki özəlsiz dövlət, dövlətsiz özəl sektoru ola bilməz”, - deyə İlqar Musayev qeyd edib.  

“Müharibə dönəmində də, son dövrlərdə baş verənlər göstərir ki, Azərbaycana qarşı kibertəhdidlər artıb. Bu da Azərbaycanın güclü dövlətə çevrildiyinin göstəricisidir”, - deyə İlqar Musayev əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin