Sabiq deputata 230 min manatlıq dələduzluq edən şəxs həbs edildi

Hazırda oxunan: Sabiq deputata 230 min manatlıq dələduzluq edən şəxs həbs edildi

97042

Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər və vəzifələr tutan Nəsrulla Bayramova qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Bağırovun iştirak etmədiyi məlum olub. 

Məhkəmədə bildirilib ki, Elçin Bağırov başqa bir işlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Ona bu işdə də dələduzluq ittihamı irəli sürülüb. 

Hakim Elçin Bağırovun məhkəməyə gətirilməsi barədə müvafiq quruma məktub göndərəcəyini deyib.

Növbəti proses oktyabrın 7-ə təyin olunub.

Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib.

Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş.

Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar.
İstintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan eidlib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin