Mağazasında azyaşlı qızlara pornoqrafik video göstərən kişiyə 2 il CƏZA VERİLDİ 

Hazırda oxunan: Mağazasında azyaşlı qızlara pornoqrafik video göstərən kişiyə 2 il CƏZA VERİLDİ 

97034

İmişli rayonunda azyaşlı qızlara pornoqrafik videolar göstərən şəxsə cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, hadisə bu ilin aprel-mart aylarında baş verib.

Rayonun kəndlərindən birində yaşayan 1991-ci il təvəllüdlü Zaur İbişov (şərti) işlədiyi mağazaya alış-verişə gələn 2011 və 2013-cü il təvəllüdlü qızlara pornoqrafik videolar göstərib və onlara qarşı digər əxlaqsız hərəkətlər edib. 

Övladlarını daim ərzaq almaq məqsədilə mağazaya göndərən azyaşlıların valideynləri məsələdən xəbər tutduqdan sonra polisə müraciət ediblər və 31 yaşlı Zaur məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Z.İbişov ailəlidir və iki azyaşlı övladı var. 

Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar bir neçə gün əvvəl İmişli Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Z.İbişova 2 il müddətinə islah işləri cəzası verilib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin