Şabran rayonunun Gəndab kəndində kənd sakini Ceyhun Şahşah oğlu Dostəliyevin evində yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, qəfil başlayan yanğın evə bitişik yardımçı tikililəri əhatə edib.
Alovun söndürülməsinə əvvəlcə kəndin gəncləri, sakinlər başlayıb. Hadisə yerinə çağırılan FHN-in Xaçmaz və Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi yanğının söndürülməsini davam etdirib.
Operativ görülən tədbirlər sayəsində yanğının yaşayış evinə keçməsinin qarşısı alınıb.
Nəticədə yardımçı tikililərə yığılmış avtomobil təkərləri və ot tayası külə dönüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu