Vəzifəli şəxslərə həbs təhlükəsi... - Milli Məclisdə yeni qanun layihəsi

Hazırda oxunan: Vəzifəli şəxslərə həbs təhlükəsi... - Milli Məclisdə yeni qanun layihəsi

97010
Azərbaycanda vəzifəli şəxslərə kənd təsərrüfatı təyinatlı torpaqlardan özbaşına torpaq sahələri ayıracaqları, həmin torpaqlarda tikinti aparacaqları və yaxud başqa işlər görəcəkləri təqdirdə xüsusi cəzalar tətbiq oluna bilər.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunur:

"Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə, 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur".

Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./APA/


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin