''Hərbçilərə müharibə zamanı da psixoloji dəstək göstərilib'' - Səhiyyə naziri

Hazırda oxunan: ''Hərbçilərə müharibə zamanı da psixoloji dəstək göstərilib'' - Səhiyyə naziri

9692

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib. 

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, Səhiyyə naziri Oqtay Şirəliyev, hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlk peyvənd Oqtay Şirəliyevə vuruldu - FOTO 


O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib.

Bu işə həmçinin xarici mütəxəssislərin cəlb olunduğunu da bildirib.

İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Qeyd edək ki, Komissiya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin