Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz və özbaşına tikinti aparılması ilə bağlı məsələyə Quba rayon İcra Hakimiyyəti dərhal reaksiya verib.
Mədəniyyət Nazirliyi, yerli İcra Hakimiyyəti, əlaqədar təşkilatlar və rayon polis şöbəsi tərəfindən qanunsuz qazıntı işlərinin aparılmasının qarşısı alınıb. Ərazidə qanunsuz aparılan tikinti işləri dayandırılıb.
Quba İcra Hakimiyyətindən Bizim.Media-ya məlumat verilib ki, "Spartak Peşəkar Futbol klubu" tərəfindən Quba şəhərindəki "Soyqırım Memorial Kompleksi"-nin yaxınlığındakı ərazi 1988-ci ildə icarəyə götürülüb.
Sonradan həmin ərazi istifadə olunmadığından ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib və burada qanunsuz tikinti və qazıntı işlərinə aparılıb. Hazırda ərazidəki vəziyyət Quba rayon İcra Hakimiyyətinin ciddi nəzarətindədir.
İcra Hakimiyyəti baş verənlərlə bağlı məhkəməyə müraciət edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 01.10.2022
Quba İcra Hakimiyyəti məhkəməyə niyə müraciət etdi? - SƏBƏB - FOTO
Hazırda oxunan: Quba İcra Hakimiyyəti məhkəməyə niyə müraciət etdi? - SƏBƏB - FOTO
Hazırda oxunan: Quba İcra Hakimiyyəti məhkəməyə niyə müraciət etdi? - SƏBƏB - FOTO
96851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.