Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə onun özü məlumat verib.
A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.
Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:49 / 01.10.2022
AMEA-nın mətbuat katibi vəzifəsindən azad OLUNUB
Hazırda oxunan: AMEA-nın mətbuat katibi vəzifəsindən azad OLUNUB
Hazırda oxunan: AMEA-nın mətbuat katibi vəzifəsindən azad OLUNUB
96849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.