Füzulidə mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlayışı baş verib.
Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.
Xəstəxanaya çatdırılan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlunun vəziyyəti isə qənaətbəxşdir. Həyati təhlükəsi yoxdur.
ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqları təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 01.10.2022
Füzulidə minaya düşərək yaralanan şəxsin SON DURUMU – RƏSMİ
Hazırda oxunan: Füzulidə minaya düşərək yaralanan şəxsin SON DURUMU – RƏSMİ
Hazırda oxunan: Füzulidə minaya düşərək yaralanan şəxsin SON DURUMU – RƏSMİ
96779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.