Ekologiya və Təbii Sərvətlər Nazirliyi DİN-lə ƏMƏKDAŞLIĞA başladı

Hazırda oxunan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi DİN-lə ƏMƏKDAŞLIĞA başladı

96764

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Artıq oktyabr ayından ov mövsümünə də start verilir. Ov mövsümü başlamazdan əvvəl Su Nəqliyyatında Baş Polis İdarəsi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, həm balıq ovu ilə, həm də digər qanun pozuntularının qarşısını almaqla bağlıdır.
Qanunsuz balıq ovu, brakonyerlik və digər qanunsuzluğun qarşısının alınması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər güc strukturları ilə birgə tədbirlər planlaşdırır. Artıq yaxın vaxtlarda biz bu məsələlərlə bağlı birlikdə mühafizə işlərini həyata keçirəcəyik",-deyə Xidmət rəisi bildirib.

O, həmçinin qeyd edib ki, Qızılağac Milli Parkının ərazisinin böyük hissəsi su bataqlığı olduğundan bu ərazidə su polisi ilə xüsusi əməkdaşlıq nəzərdə tutulub:

"Bu ərazilərdə qanunsuzluq törədən vətəndaşlarla bağlı məlumatlar dərhal polisə ötürüləcək və iki qurum arasında sıx informasiya mübadiləsi əməkdaşlığı ediləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin