Əmlak Məsələləri Dövlət Xidməti azad olunan ərazilərdə gördüyü işlər barədə MƏLUMAT YAYIB 

Hazırda oxunan: Əmlak Məsələləri Dövlət Xidməti azad olunan ərazilərdə gördüyü işlər barədə MƏLUMAT YAYIB 

96732

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin aprel ayından sentyabrın 26-na qədər işğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 313 577 hektar ərazidə çöl ölçmə işləri icra edib.

Bizim.Media xəbər verir ki,  bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, dağıdılmış yaşayış məskənləri, kənd təsərrüfatı təyinatlı torpaqlar, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları müasir cihazlarla təyin olunub, Global Positioning System (GPS) vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilib, naturada (yerdə) mövcud olan bütün növ daşınmaz əmlak qeydiyyata alınıb.

Bundan başqa, adları çəkilən 5 rayonda ümumilikdə 214 min hektardan çox ərazidə çöl torpaq tədqiqatı, 244 372 hektar ərazidə çöl geobotaniki tədqiqat aparılıb, torpaq və bitki nümunələri götürülərək kimyəvi və aqrokimyəvi analizlərin aparılması üçün Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin