MEDİA ATƏT konfransında təmsil olunur - FOTO 

Hazırda oxunan: MEDİA ATƏT konfransında təmsil olunur - FOTO 

96728

Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada keçirilən ənənəvi konfransında iştirak edir. 

Bizim.Media xəbər verir ki, bu barədə  qurumun məlumatında bildirilib. 

Məlumata görə, konfransda çıxış edən Rasim Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və təsiri daha da artır.

Bu baxımdan media subyektləri və jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir və qeyd olunan istiqamətdə həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla çoxşaxəli tədbirlər görülür. 

Bununla yanaşı, konfrans iştirakçılarına MEDİA-nın fəaliyyəti haqqında məlumat verilib, “Media haqqında” qanun çərçivəsində jurnalistlərin hüquqlarının daha effektiv qorunduğu, eləcə də onların peşəkar fəaliyyətinə müdaxilənin yolverilməzliyi qeyd olunub.

AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovun Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən şəhid olduğu, mina xəritələri təqdim edilmədikcə bu hadisələrin sayının arta biləcəyi vurğulanıb. 
Sonda regionun gələcəyi naminə ərazi bütövlüyünə və sülhsevər niyyətlərə qarşılıqlı hörmət nümayiş etdirməyin vacibliyi, sülhün alternativinin olmadığı qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin