“Əmək Məcəlləsində tıxaclarla bağlı işə gecikmələr də nəzərə alınmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Avtobusla, metro ilə hərəkət edənlər tıxacların yaratdığı sıxıntını daha çox hiss edirlər, ələxsus da şəhərətrafı qəsəbələrdə yaşayanlar.
Təklif edirəm ki, tıxaca görə iş yerinə 1 saat gecikənlərlə bağlı müəyyən güzəştlər təqdim olunsun. Bu qanunvericilik səviyyəsində olmasa belə, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənə bilər. Ələxsus da qadın işçilər üçün güzəştlərin tətbiqi daha məqsədəuyğun olar”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 30.09.2022
“Tıxaca görə işə gecikənlərə güzəşt edilsin” – Fazil Mustafa
Hazırda oxunan: “Tıxaca görə işə gecikənlərə güzəşt edilsin” – Fazil Mustafa
Hazırda oxunan: “Tıxaca görə işə gecikənlərə güzəşt edilsin” – Fazil Mustafa
96703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.