“Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi və digər faktorlar dünyada ərzaq qiymətləri sahəsində güclü kataklizm yaratmaqdadır. Azərbaycan da dünyanın bir parçası kimi bunun təsirlərini hiss edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Fəzail Ağamalı qida məhsullarının qiymət artımının qarşısını almaq üçün iki təkliflə çıxış edib:
1. “Pərakəndə satış müəssələrində 18% ƏDV-nin həcmini indiki zaman kəsimində azaltmaq xalqımızın maraqlarına uyğun olardı. Burada müxtəlif variantlar ola bilər və bu istiqamətdə müzakirələr gedir. Lakin istənilən halda ƏDV faizinin azaldılması məqsədəuyğun olardı.
2. Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmur və yalnız xaricdən idxal olunur. Bu tip qida məhsullar üçün gömrük rüsumlarını azaltmaq, yaxud ləğv etmək olar”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:35 / 30.09.2022
“Qida məhsulları üçün gömrük rüsumları ləğv olunsun” – Fəzail Ağamalıdan TƏKLİF
Hazırda oxunan: “Qida məhsulları üçün gömrük rüsumları ləğv olunsun” – Fəzail Ağamalıdan TƏKLİF
Hazırda oxunan: “Qida məhsulları üçün gömrük rüsumları ləğv olunsun” – Fəzail Ağamalıdan TƏKLİF
96692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.