Bərdədə Azərbaycan bayrağına hörmətsizlik olunub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə şəxsin ofisə daxil olaraq xanımla mübahisə etdiyi, daha sonra isə otağın giriş hissəsində asılmış üçrəngli bayrağı kobudcasına yerindən qopararaq onun üzərinə atıb getdiyi əks olunur.
Şəxs yenidən geri qayıdaraq əsəbi halda xanıma nəsə deyir və ofisi tərk edir.
Şəxsin bayrağa hörmətsizliyi ictimaiyyətdə birnamənalı qarşılanmayıb və ciddi tənqidlərə yol açıb.
Görüntülərdə bayrağa hörmətsizlik edən şəxsin həmin rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğu bildirilir.
Məsələ ilə bağlı rəsmi qurumlara müracət olunub, cavablarını gözləyirik.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 30.09.2022
Bərdə İcra Hakimiyyətinin nümayəndəsindən bayrağımıza HÖRMƏTSİZLİK – Anbaan GÖRÜNTÜ
Hazırda oxunan: Bərdə İcra Hakimiyyətinin nümayəndəsindən bayrağımıza HÖRMƏTSİZLİK – Anbaan GÖRÜNTÜ
Hazırda oxunan: Bərdə İcra Hakimiyyətinin nümayəndəsindən bayrağımıza HÖRMƏTSİZLİK – Anbaan GÖRÜNTÜ
96634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.