“Tibbi sığorta sisteminə keçid arzuolunmaz nəticələrə səbəb ola bilər”x9d - DEPUTAT

Hazırda oxunan: “Tibbi sığorta sisteminə keçid arzuolunmaz nəticələrə səbəb ola bilər”x9d - DEPUTAT

96612
Azərbaycanda icbari tibbi sığorta sisteminə keçid arzuolunmaz nəticələrə səbəb ola bilər.

Moderator.az bildirir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib: “İcbari tibbi sığorta səhiyyə xidmətlərinin maliyyələşdirilməsinin ən optimal üsullarından biri olsa da, bu sistemə keçidin müəyyən çətinlikləri də var”x9d.

Deputatın sözlərinə görə, maliyyə böhranı dövründə səhiyyənin maliyyələşdirilməsi sxeminin dəyişdirilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər: “Dünyada maliyyə-iqtisadi böhranın davam etdiyi və daha da dərinləşə biləcəyi bir şəraitdə onun Azərbaycan iqtisadiyyatına, xüsusilə sığorta və əmək bazarına nələr vəd etdiyini proqnozlaşdırmadan ən həssas sahə olan səhiyyənin maliyyələşdirilmə mexanizminin kəskin şəkildə dəyişdirilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər”x9d.

M. Quliyevin fikrincə, gələn il icbari tibbi sığortanın yalnız pilot şəklində hansısa bir rayonda tətbiqi barədə düşünmək daha real olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin