Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşlarının Salyan ərazisində apardıqları peyk üzərində aparılan çəkilişlər əsasında qurulan xəritə məlumatlarına əsasən, müasir seysmikliyi olan bir sıra çox aktiv sürüşmə qırılmaları və çoxsaylı zəlzələ zonaları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, Seysmoloji Xidmət Mərkəzinin Böyük Britaniyanın Oksford Universiteti və BP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair işçi qrupu səviyyəsində növbəti müzakirələr aparılıb.
Qeyd edilib ki, həmçinin geoloji yerdəyişmə sürətlərini müəyyən etmək üçün yerini dəyişmiş çay terraslarından nümunələr toplanıb.
Tədqiqatların məqsədi yerdəyişmə tipli qırılmaların geoloji inkişafının istiqamətlərini və rolunu müəyyən etməkdir. Bundan əlavə, palçıq vulkanlarının olduğu bölgələrin peyk şəkilləri təhlil edilib.
Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker bildirib ki, Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatlar böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.
İclasda həmçinin ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr, kadrların təcrübə mübadiləsi və 2023-cü ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:51 / 29.09.2022
Salyan ərazisində çoxsaylı zəlzələ zonaları AŞKARLANDI - FOTO
Hazırda oxunan: Salyan ərazisində çoxsaylı zəlzələ zonaları AŞKARLANDI - FOTO
Hazırda oxunan: Salyan ərazisində çoxsaylı zəlzələ zonaları AŞKARLANDI - FOTO
96562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.