Novxanıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI – FOTO/VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Novxanıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI – FOTO/VİDEO - YENİLƏNİB

96561

Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “Spring” otelində baş verən yanğının əməliyyat görüntüləri yayımlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 25 kvadratmetr olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı tikilinin ikinci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub. 

Ümumi sahəsi 4 200 kvadratmetr olan dörd mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub. 
Əməliyyat görüntülərini təqdim edirik: 

*** 21.28

Novxanıda hoteldə baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)məlumatında bildirilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring Hotel"in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur. 
Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb. 

*** 20.42

Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin