Bir qrup müharibə veteranı işləmək üçün lazımi avadanlıqlarla TƏCHİZ EDİLDİ – FOTO  

Hazırda oxunan: Bir qrup müharibə veteranı işləmək üçün lazımi avadanlıqlarla TƏCHİZ EDİLDİ – FOTO  

96556

Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.  

Bildirilib ki, onlar avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, un məmulatları istehsalı və avtotəmizləmə xidmətləri zərfi üzrə iş fəaliyyətini təşkil etmək üçün bütün lazımi avadanlıqlarla təmin ediliblər. 

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilib, daha sonra isə qiymətləndirmədən keçib. Aktivlərlə təmin olunan şəxslərə bundan sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər veriləcək, özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılacaq. 
Qeyd edək ki, təkcə bu ilin ötən dövründə proqram çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib. 

Ümumilikdə postmüharibə dövründə 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin