Qadın 4 il sonsuzluq sonrası üçəm dünyaya gətirib 

Hazırda oxunan: Qadın 4 il sonsuzluq sonrası üçəm dünyaya gətirib 

96554

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə İnstitutun rəsmi “facebook” səhifəsində məlumat verilib. 

Bildirilib ki, qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub. 

9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L. Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. 
Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin