Ağcabədi, Beyləqan, Sabirabad, Şirvan, Kürdəmir və Saatlı rayonlarında qazlaşdırılmayan 27 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, bu günədək sözügedən rayonların əhalisi 1269.17 m3 həcmində oduncaqla təmin edilib:
“Ağcabədi rayonu üzrə 363.33 m3, Beyləqan rayonu üzrə 196.84 m3, Sabirabad rayonu üzrə 278 m3, Şirvan rayonu üzrə 109 m3, Kürdəmir rayonu üzrə 178 m3, Saatlı rayonu üzrə isə 144 m3 oduncaq tədarük olunub”.
C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:06 / 29.09.2022
6 rayonda qışa hazırlıq - Nazirlik toplanan odunların miqdarını AÇIQLADI
Hazırda oxunan: 6 rayonda qışa hazırlıq - Nazirlik toplanan odunların miqdarını AÇIQLADI
Hazırda oxunan: 6 rayonda qışa hazırlıq - Nazirlik toplanan odunların miqdarını AÇIQLADI
96543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.