“Biz, sənət adamları, həkimlər heç vaxt sakit dayanmırıq. Müəyyən dərəcədə səfərbərlikdə oluruq. O səfərbərlik mənim içimdə və ruhumda var. Camaat evə gedəndə istirahət edir, mən evdə də çalışıram. Bənzətmə ilə desəm, mən də uçuşda dincələn quşam sanki. Çalışaraq, vuruşaraq, işıq mücadiləsi edərək istirahət edirəm”x9d
Bunu APA Tv-nin "Üç dama" verilişində professor, oftalmoloq və şair Paşa Qəlbinur deyib.
“Bütün bunlar mütləq göz həkimi olacağıma işarə idi”x9d
Qonağımız qeyd edib ki, o, həkim və yazıçı olmağı ilə yanaşı, həm də sevməyi yaxşı bacaran insandır:
“Çatmaq istədiyin hər şeyi böyük məhəbbətlə arzulamasan, o, alınmaz. Mən aliməm, həkiməm, şairəm. Mənim tədqiqatlarım və kəşflərim var. Dünyada rəsmi təsdiqini tapan bir dərman var ki, onun müəllifi mənəm. Amma kimlərinsə gözünü açıb, onlara işıq verməyim də ayrı peşədir. Mən əməliyyat edən zaman sanki döyüşə hazırlaşan idmançı oluram. Öz nəticəmi təkrarlamalıyam. Ədəbiyyat da içimdə olandır. Elmi yolu özüm seçmişəm, ədəbiyyat isə məni özü tapıb. Ancaq mən xarici ölkədə çıxış edən zaman özümü şair Paşa Qəlbinur kimi təqdim etmirəm. Bütün bu sadaladıqlarımla yanaşı mən yalnız sevgiləri ilə mövcud olan insanam. Sevgi hissi də hər adama müxtəlif formada verilir. Mən sevə bilirəm. Anamı fantastik bir məhəbbətlə sevmişəm. O yatanda belə mən nə qədər yorğun olsam da dincələ bilmirdim. O yatdığı otağın yanında oturub, gözləyirdim ki, heç kim səs salıb, onu narahat etməsin”x9d.
Paşa Qəlbinur həkimliyin və şairliyin taleyində təsadüf olmadığını açıqlayıb:
“Normal insanda görmə qabiliyyəti 100 faiz olduğu halda məndə 300 faizdir. Bu, neçə milyon insandan birində ola bilər. Və mənim ilk şeirimin məhz gözlərə həsr olunması da göz həkimliyinə olan mesajımdır. Tarixi mənbələrdən oxudum ki, mən Zərdüşt təqvimi ilə ilin 3-cü, yəni sağlamlıq ayının 30-da “Əbədi və əzəli işıq günü”x9dndə dünyaya gəlmişəm. Bütün bunlar mütləq göz həkimi olacağıma işarə idi. Mənim peşə taleyim doğulmadan öncə yazılmışdı. Və mən bir də dünyaya gəlsəm yenə də göz həkimi olmaq istərdim. İndi mən həm cərrahiyə zamanı həm də şeir yazanda tam səfərbərlikdə oluram, olduqca böyük məsuliyyətlə edirəm hər ikisini”x9d.
Cərrah həm də uğursuz əməliyyatlardan da söz açıb.

































































































