Tanınmış restoranın xanım sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU 

Hazırda oxunan: Tanınmış restoranın xanım sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU 

96494

İş adamı Teyquşa Ələkbərovanın vergi borcuna görə Azərbaycandan çıxışına qadağa qoyulur.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciətdə vergi ödəyicisi olan  Ələkbərova Teyquşa Qəzənfər qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar çıxarılması istənilib.
İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, T.Ələkbərova Bakıda yerləşən məşhur “Central Pub” restoranının sahibidir.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin