Prokurorluq işçilərinin maaşları artırılır

Hazırda oxunan: Prokurorluq işçilərinin maaşları artırılır

96456

Prokurorluq işçilərinin maddi təminatı artırılır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.

Layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin