Sumqayıtda yol polisi tərəfindən mərkəzi bazar, “Karvan”x9d və “Sumqayıt Ticarət Mərkəzi”x9d ətrafında avtomobillərin park edilməsinə qadağa qoyulub.
Bu barədə Moderator.az-ı
Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, məlum qadağa bazar
və ticarət mərkəzində çalışan vətəndaşları çətin vəziyyətdə qoyub. Belə ki, işçilər
çalışdıqları obyektin yaxınlığında avtomobil park edə bilmədikləri üçün
maşınlarını əraziyə yaxın məhəllələrin içərisində saxlamalı olurlar. Belə olan
halda isə məhəllə sakinlərinin avtomobillərini park etməsi ilə bağlı problem
yaranır ki, bu da vətəndaşlar arasında narazılığa səbəb olur. Hətta bəzi məhəllələrdə
“kənar avtomobillərin”x9d park edilməsini önləmək üçün onların üzərinə boya
atılması kimi hallar müşahidə edilir ki, nəticədə avtomobil sahibləri əsəb gərginliyi
keçirir, əlavə xərcə düşürlər.
Bazar və univermaq işçiləri
hesab edir ki, avtomobillərin park edilməsi üçün dayanacaq inşa edilmədən belə
bir qadağanı gündəmə gətirmək yanlışdır və bu, vətəndaşların əziyyətini
artırmaq, onları digər vətəndaşlarla üz-üzə qoymaqdan başqa bir şey deyil.

































































































