Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusu təhlükəli idarə edən sürücü işdən çıxarılıb.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü Bakı Şəhər Yol Polisinə dəvət olunub.
Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.
11.11***
Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Bizim.Media manset.az-a istinadən xəbər verir ki, 90-MO-493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.
Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.
Həmin anın videosunu təqdim edirik:
Bizim.Media