“Bir anlıq fikirləşdim ki, şəhid oluram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Vətən müharibəsi zamanı möcüzəvi şəkildə sağ qalan qazi Asif Məmmədli deyib.
O bildirib ki, hadisə Laçın döyüşləri zamanı baş verib:
“Şiddətli döyüşlər gedirdi. Yerimi dəyişmək istədiyim zaman düşmənin atdığı 7.62 mərmisi mənə dəydi. Bir anlıq fikirləşdim ki, şəhid oluram. Güllə mənə dəydiyi zaman 5-10 metrlik məsafədə olan qayaya çırpdı. Oyandığım zaman anladım ki, cibimdə olan telefon məni xilas edib. Mərmi telefonda qalıb”.
Daha ətraflı süjetdə:
Bizim.Media