Binaların üzlənməsi üçün yeni dövlət standartı qəbul edilib - QƏRAR

Hazırda oxunan: Binaların üzlənməsi üçün yeni dövlət standartı qəbul edilib - QƏRAR

96334
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  binaların üzlənməsində istifadə edilən profillənmiş fibrosement lövhələr və fitinqlərlə bağlı dövlət standartı qəbul edib.

Moderator.az bildirir ki, bu məhsullar AzStandartın yenicə qəbul etdiyi beynəlxalq standartların içində yer alıb.  

Qurum bu günlərdə beynəlxalq, Avropa və Rusiya standartları əsasında 12 dövlət standartı qəbul edib.

Yeni standartların çoxu ərzaq məhsullarına tələblərlə bağlıdır (nar, buğda unu, zeytun yağları, şokolad və şokolad məhsulları, kərə yağı, alkoqolsuz tonuslandırıcı içkilər). Həmçinin yeyinti məhsullarında baytarlıq preparatlarının qalıqları, qida məhsullarında istehlakçı üçün məlumatlar üzrə tələblər müəyyən edilib.

Tezliklə “Synergy Group”x9d ASC-nin yeni fibrosement zavodu da istismara veriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin