“Sevginə layiq ola bilmədim”x9d - İlhamənin keçmiş nişanlısı

Hazırda oxunan: “Sevginə layiq ola bilmədim”x9d - İlhamənin keçmiş nişanlısı

96310
ATV-nin aparıcısı İlhamə Bədəlovanın keçmiş nişanlısı Murad Fətulla ayrılma xəbərlərinə münasibət bildirib. 

Moderator.az-ın məlumatına görə, o, İ.Bədəlovanın fotolarını paylaşaraq bunları yazıb:

“Sənsizlik ölüm qədər acıdır. Varlığın yaşamaq qədər müqəddəs, sən isə nəfəs qədər önəmli, canım qədər dəyərlisən. Haqqını halal et, sevdiyim. Mən sənin sevginə layiq ola bilmədim”x9d.

Qeyd edək ki, İ. Bədəlova bir neçə gün əvvəl M.Fətulla ilə ayrıldıqlarını bildirmişdi. O, keçmiş nişanlısının ona dəfələrlə xəyanət etdiyini bildirmişdi:

"Nişanlı qaldığımız dövrdə  mənə xəyanət etdi, bağışladım. Amma sonuncu xəyanətini keçə bilməzdim. Hətta toy gününü müəyyən edib, restoran danışmışdıq. Toyum üçün restorana verdiyim beh də batdı. Yenidən bir araya gəlməyimiz isə mümkünsüzdür. Mən uşaq deyiləm, 36 yaşım var. Nə etdiyimi çox yaxşı bilirəm. Mən də istəyərdim ki, gözəl ailəm olsun. Amma alınmadı, qismət. Barəmdə də kim harda nə yazırsa, məni maraqlandırmır”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin