Şəhid Səbuhi Əhmədovun qardaşının evdən imtina etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Şəhid Səbuhi Əhmədovun qardaşının evdən imtina etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

96278

Xəbər verildiyi kimi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib. O, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verdiyini açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə münasibət bildirib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Bizim.Media-ya açıqlamasında bildirib ki, nazirliyin təşəbbüsü ilə imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün onunla bir neçə dəfə əyani, bir neçə dəfə isə telefonla danışılıb, qanunvericilik izah edilib:

“Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.
Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. 

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. 
Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin