İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən müharibəsində, eləcə də erməni təxribatlarının qarşısını alarkən yaralanan qazilərə yardım edilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departament rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, rayon mərkəzi xəstəxanalarında o bölgədəki qazilərin sayına görə koordinatorlar işə götürülüb:
"Qazilər növbədənkənar qəbul edilir, onlara xidmət göstərilir. Onlar əgər müayinə və müalicənin özəl xəstəxanalarda aparılmasını istəyirsə, onlara göndəriş verilir. Həmçinin, müalicəsi rayonda mümkün olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir".
H.İbrahimli qeyd edib ki, müharibə iştirakçılarına yardım göstərilməsi üçün ayrıca psixoloq ştatı yaradılıb və onlara psixoloji xidmət göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 28.09.2022
Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - RƏSMİ
Hazırda oxunan: Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - RƏSMİ
Hazırda oxunan: Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - RƏSMİ
96245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.