Sumqayıt-Bakı qatarında qrafik nə üçün dəyişdirilib? – Yaranmış narazılığa RƏSMİ CAVAB

Hazırda oxunan: Sumqayıt-Bakı qatarında qrafik nə üçün dəyişdirilib? – Yaranmış narazılığa RƏSMİ CAVAB

96238

“Azərbaycan Dəmir Yolları” QSC hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının reyslərinin sayını artırıb. 

Beləki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşüb.

Əvəzində Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilib. 

Lakin, qatarların hərəkət cədvəlində edilən bu dəyişiklik elə ilk gündəcə ciddi narazılığa səbəb olub. Həm Xırdalandan, həm də ki, Pirşağı istiqamətindən mərkəzə gələn qatarlarda ciddi sıxlıq yaşanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt-Bakı qatarı niyə LƏNGİYİR?  


Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-in sözçüsü Natəvan Bayramova Bizim.Media-ya açıqlamsında bildirdi ki, bu gün Sumqayıt-Pirşağı- Bakı və Sumqayıt-Xırdalan-Bakı qatarlarında yaşanan sıxlıq müvafiq qurumlarımız tərəfindən ciddi araşdırılır:

“Yaxın saatlarda məsələ ilə bağlı açıqlamamız olacaq. Hazırda QSC-nin bütün qatarları istismardadır. Yalnız bir qatar fövqəladə hallar üçün saxlamışıq. İmkanlarımız daxilində çalışırıq ki, problemi həll edək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin