Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb.
Hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, ata İldız İbayev 1976-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə "kislota" atıb. Hadisəyə mülk davasının səbəb olduğu bildirilir.
Durumu ağır olan Yeganə Əhmədova Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır.
Klini Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Bizim.Media-ya üzünə “kislota” atılan qadının durumunu açıqlayıb.
O, deyib ki, 1976-cı il təvəllüdlü şəxs 26 sentyabr 10:20 tarixində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub:
“Xəstəyə kəskin, qeyri üzvi turşu ilə zəhərlənmə, ağız boşluğunun yanığı, qida borusunun yanığı diaqnozu qoyulub. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmtindən Nurlan Əliyev məsələnin Suraxanı Rayon Polis Şöbəsində araşdırıldığını bildirib. Onun sözlərinə görə hadisə ailə daxilində mülk mübahisəsi zəminində baş ver verib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 28.09.2022
Ata qızını "kislota" ilə YANDIRDI – Durumu ağır olan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Ata qızını "kislota" ilə YANDIRDI – Durumu ağır olan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Ata qızını "kislota" ilə YANDIRDI – Durumu ağır olan qadınla bağlı YENİ XƏBƏR
96227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.