Sumqayıtdakı uşaq bağçalarından başçıya şikayət edildi

Hazırda oxunan: Sumqayıtdakı uşaq bağçalarından başçıya şikayət edildi

96206
Sumqayıtdakı 49 saylı "Qovaqcıq" və 51 saylı "Buratino" uşaq bağçalarından şəhər icra hakimiyyətinə şikayət edilib. Belə ki, adıçəkilən bağçalarda pul tələbinə etiraz edən bir valideyn bu gün Şəhər İcra Hakimiyyətinə şikayətə gedib.

Əldə etdiyimiz məlumata görə valideynin inzibati binada hündürdən danışması və icra başçısı ilə görüşmək tələbini səsləndirməsi əməkdaşların əl-ayağa düşərək onu sakitləşdirməyə çalışamalarıyla müşayət olunub. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şüşə Aslanova şikayətçini qəbul edib və məsələni araşdıracağına söz verib.

Moderator.az - ın əməkdaşının araşdırmasına görə həmin bağçaların müdirləri şəhərdəki tanınmış şəxslərin yaxın qohumlarıdır. Belə ki, 49 saylı bağçanın Sahibə Ağayeva adlı müdiri icra başçısının, 51 saylı bağçanın müdiri Sevinc xanımsa təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun qohumudur.

Ümumiyyətlə, Sumqayıt bağçalarında xoşagəlməz hallara tez - tez rast gəlinir və bu istiqamətdə araşdırmalarımız davam edəcək...






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin