Tərtər rayonunun Ələsgərli kənd şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə rayon rəhbəri Müstəqim Məmmədov, deputat Sahib Alıyev, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, rayon ictimayyətinin nümayəndələri, habelə rayon sakinləri iştirak edib.
Mərasim iştirakçıları öncə Azərbaycanın müdafiəsi uğrunda canından keçən igid döyüşçülərin xatirəsini ehtiramla anaraq, onların ruhuna dualar oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ələsgərli kəndinin şəhidlərinin şücaət göstərdikləri döyüş yolundan danışaraq bildirib ki, kənd Birinci Qarabağ müharibəsində 6, Vətən müharibəsində isə 2 nəfər şəhid verib.
Daha sonra Milli Məclisin Deputatı Sahib Alıyev çıxış edib. Deputat 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhəddində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan danışıb.
Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:47 / 27.09.2022
Tərtərdə şəhidlərə həsr olunan abidə kompleksinin açılışı olub - FOTO
Hazırda oxunan: Tərtərdə şəhidlərə həsr olunan abidə kompleksinin açılışı olub - FOTO
Hazırda oxunan: Tərtərdə şəhidlərə həsr olunan abidə kompleksinin açılışı olub - FOTO
96127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.