Şəhid xanımının ürəkdağlayan XATİRƏSİ – "O qədər suallarım var ki...” – FOTO

Hazırda oxunan: Şəhid xanımının ürəkdağlayan XATİRƏSİ – "O qədər suallarım var ki...” – FOTO

96093

“İki il bundan qabaq elə bu günlərdə zəng elədi ki, biz gedirik dualarınızı əsirgəməyin”.

Bu sözləri 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun həyat yoldaşı Gülbəniz Cəfərova Bizim.Media-ya açıqlaması zamanı bildirib.

Şəhid xanımı deyir ki, polkovnik-leytenant Zaur Cəfərov Tərtərdə N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edib.

Və xidməti boyu əsgərləri ilə birlikdə vətəni düşməndən azad edəcəyi günü səbrsizliklə gözləyirdi:

“Hələ indiyə qədər onu belə sevincli görməmişdim. İrəli getdiyi üçün çox sevinirdi, deyirdi ki, inşallah qələbə bizimdir. Sağlıq olsun, mən də geri dönərəm. Orada vaxt tapan kimi yazırdı ki, məndən narahat olmayın hər şey qaydasındadır. Sonuncu dəfə oktyabrın 8-də danışmışdıq. Ondan sonra Zaura zəng çatmamışdı. İşi ilə əlaqədar düşündüm ki, özü yığar sonra. Lakin düşündüyüm kimi olmadı, onun nömrəsinə bir də heç vaxt zəng çatmadı. Hərbçi yoldaşlarının dediyinə görə, irəli gedən zaman minaya düşərək, şəhid olub.

Onsuz bu 2 ildə nələr dəyişmədi ki, o qədər suallarım var ki, amma heç birinə cavab tapa bilmirəm”.

Şəhid xanımı hələ də Zaurun yoxluğu ilə barışmadığını bildirib. Şəhidimizin özündən sonra 3 övladı bu vətənə əmanət olaraq qalıb. Ən böyük övladı artıq 8-ci sinifə qədəm qoyub.
 

Qeyd edək ki, polkovnik-leytenant Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya gəlib. Rumıniyada, Almaniyada təhsil alıb, hərbi məktəbləri fərqlənmə ilə bitirib, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.


O, sağlığında Vətənə göstərdiyi xidmətlərinə görə 9 medal, şəhadətə yüksəldikdən sonra isə daha üç medal ilə təltif edilib. 

Səkinə Yusibli, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin