Masallı Vərəm Dispanserinin şantaj olunan baş həkimi ağır vəziyyətdə Bakıya gətirildi - FOTO  

Hazırda oxunan: Masallı Vərəm Dispanserinin şantaj olunan baş həkimi ağır vəziyyətdə Bakıya gətirildi - FOTO  

96076

Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin damarlarını kəsərək intihara cəhd etməsi barədə məlumatlar yayılıb. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, məlumatlarda M.Nəbiyevin sələmçilər tərəfindən şantaj edildiyi, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbəbdən həyatına qəsd etdiyi bildirilib.  

Həmçinin, onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev qafqazinfo.azın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:  

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.  
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin