Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi tərəfindən Analitik Ekspertiza Mərkəzinə (AEM) məktub əsasında təqdim edilmiş "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizası aparılıb.
Bizim.Media xəbər verir ki, AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından verilən məlumata görə, ekspertiza zamanı “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ №li Qanununa əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.
Qeyd edək ki, sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir.
Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.
Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib.
Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.
Bizim.Media