Sentyabrın 27-də şəhid olan Zaur Hüseynovun HƏYAT YOLDAŞI – “Döyüşə getdiyini bizə demədi”

Hazırda oxunan: Sentyabrın 27-də şəhid olan Zaur Hüseynovun HƏYAT YOLDAŞI – “Döyüşə getdiyini bizə demədi”

96060

“Sonuncu dəfə ayın 26-da telefonla danışdıq. Onda belə döyüşə gedəcəyi ilə bağlı bizə heç nə demədi, hiss etdirmədi”.

Bu fikirləri Bizim.Media-ya danışan Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun leytenantı Zaur Hüseynovun həyat yoldaşı Aytel Hüseynova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür


“Daha əvvəl, iyul ayında Tovuz döyüşlərində də iştirak etmişdi. Lakin o zaman da döyüşdə olduğunu bizdən gizlətmişdi. Yalnız döyüşlər bitəndən sonra əməliyyatlarda olduğunu bizə dedi”, - deyə şəhid xanımı əlavə edib.

Aytel Hüseynovanın sözlərinə görə, Zaur Hüseynov hərbiçi sənətinə də öz istəyi ilə yiyələnib, döyüşlərə də öz arzusu ilə, istəyərək yollanıb.

Qeyd edək ki, Zaur Vaqif oğlu Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə anada olub. O, 2012-16-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 

Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şəhid leytenant düşmənin 7 postunun alınmasında iştirak edib. Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
 

O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Şəhid leytenantımızın üç yaşlı bir qız övladı yadigar qalıb.

Murad Əhmədov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin