Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Dəmirov Həsən Turan oğlunun ata ocağı Muğan kəndində bu gün ikinci anım günü qeyd edilib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, anım günündə şəhidin doğmaları və rayon ictimaiyyəti iştirak edib.
Müharibənin ilk saatlarından döyüşlərə qatılan Həsən Suqovuşan-Talış istiqamətində düşmənlərin illərlə qurduğu istehkamları igidliklə yararaq düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsinidə xüsusi rəşadət göstərib.
İgid döyüşçü düşmənin altı postunun alınmasıında iştirak edib.
Səhərə yaxın növbəti postların alınması istiqamətində gedən döyüşlərdə igidliklə döyüşən Həsən qəhrəmancasına şəhid olub. İndi onun şəhadətindən iki il ötür. Bu gün də doğmaları, el-obası onu qürur hissi ilə yad edirlər.
Qeyd edək ki, Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonunun Muğan kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbçi olmaq arzusu 2020-ci ildə ordu sıralarına qatılmaqla reallaşıb.
N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb, 44 günlük Qarabağ savaşına Suqovuşan istiqamətində qatılıb. 27 sentyabrda qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:51 / 27.09.2022
Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO
Hazırda oxunan: Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO
Hazırda oxunan: Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO
96057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.