“Media Reyestrinin yaradılması ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır”.
Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttfaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
M.Ələsgərli vurğulayıb ki, “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq olunması haqqında Prezidentin fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır.
O, Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni, onun “Media haqqında Qanun”un layihəsində nəzərdə tutulduğu gündən dəstəklədiyini bildirib:
"Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr əslində peşəkar KİV və jurnalist anlayışı üçün mövcud olan meyarlardır. Reyestrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reyestrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır".
Media ekspertinin fikrincə, bu qaydaların qüvvəyə minməsi ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır:
"Onlar adı reyestrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, jurnalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər. Reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri və jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək.
Statistikanın əldə edilməsi dövlətə də imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin. Qaydalarda diqqət çəkən daha bir mühüm bənd ora daxil olmağın könüllülük prinsipi əsasında qurulmasıdır. Əgər hansısa KİV subyekti reyestrə daxil olmaq istəməsə öz fəaliyyətlərini köhnə qaydada davam etdirə biləcəklər. Bir sözlə, qaydalar çox mükəmməl hazırlanıb və media ictimaiyyəti üçün çox faydalıdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:52 / 27.09.2022
Media Reyestrinin yaradılması ilə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır - İLK DƏFƏ
Hazırda oxunan: Media Reyestrinin yaradılması ilə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır - İLK DƏFƏ
Hazırda oxunan: Media Reyestrinin yaradılması ilə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır - İLK DƏFƏ
96035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.