Moderator.az əməkdar artist İlkin Əhmədovun gün.az-a müsahibəsini təqdim edir:
- İlkin müəllim, ilk öncə Sizi bir neçə gün öncə ölkə Prezidentinin sərəncamına əsasən “Əməkdar artist”x9d fəxri adına layiq görülməniz münasibəti ilə təbrik edir, sənət, yaradıcılıq uğurları arzulayıram.
Fəxri ada layiq görülməniz Sizin üçün gözlənilməz olmadı ki, əvvəlcədən xəbəriniz vardımı, yoxsa, sərəncam çıxandan sonra bu haqda xəbər tutdunuz?
- Düzünü deyim ki, gözləyirdim. Yəni, illərdir fəxri ada layiq görüləcəyimi gözləyirdim. Artıq 11-ci ildir ki, mən professional səhnədəyəm, sənətdəyəm. Azərbaycan milli musiqisinə və milli musiqisinin ən aparıcı bir janrı ”“ muğam janrına xidmət edirəm.
Neçə illərdir ki, artıq 6-7-ci ilə keçir ki, Azərbaycan Opera və Balet Teatrında solistəm. Baş rolların ifaçısıyam. Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərirəm, Bakı Humanitar Kollecində pedaqoji fəaliyyətlə məşğulam, müəllim kimi fəaliyyət göstərirəm. Bu nöqteyi-nəzərdən ümidvar idim ki, inşallah, bizim çox hörmətli ölkə başçımız tərəfindən təltif alacağam.
Amma, yəni, onun hansı vaxtda, hansı müəyyən edilmiş zamanda olacağını nəinki mən, heç bir sənətçi bilə bilməz.
Ancaq həmin gün ”“ “Əməkdar artist”x9d adına layiq görüldüyüm gün mənim üçün çox böyük, sevindirici, şərəfverici bir gün oldu...
“Bu xəbəri eşidəndə elə bildim mənimlə zarafat edirlər və sonra gördüm, yox, bu, zarafat deyil, ciddi bir məsələdir...”x9d
Bizə yaxın insanların el məclisində idim. Bu xəbəri eşidəndə elə bildim mənimlə zarafat edirlər və sonra gördüm, yox, bu, zarafat deyil, ciddi bir məsələdir. Artıq elan olunub, hörmətli cənab prezidentin sərəncamı çıxıb.
Mən öz təşəkkürümü bildirirəm bizim ölkə başçımıza. Allah ona can sağlığı versin ki, hər zaman, hər an sənətçilərə, idmançılara, fəaliyyəti güclü olan Azərbaycanın hər bir vətəndaşına, yaxşı ali təhsil, yaxşı savad alan tələbələrimizə, hər bir kəsə öz diqqətini, qayğısını əsirgəmir.
Bu, mənim üçün həm də bir məsuliyyətdir. Mən bundan sonra daha ciddi səylə, şövqlə öz sənətimi inşallah davam etdirəcəyəm. Operada rollarım var, konsert proqramlarımız var, dövlət səfərlərimiz var. Ölkəmizin birinci xanımı ilə dəfələrlə xarici qastrol səfərlərində konsert proqramlarında çıxış etmişik, bundan sonra daha da məsuliyyətlə, daha da ciddi səylə o konsert proqramlarında özümüzü göstərməyə çalışacağıq...
“Hər kəsə səmimi olduğum üçün hər kəs də məni səmimi qəbul edib, mənə səmimidir”x9d
- Sənət dostlarınızdan Sizi təbrik edənlər oldumu? Bu sualı heç də təsadüfən vermirəm. Çünki sənət adamlarının bir çoxunda öz həmkarlarına qarşı güclü həsəd, qısqanclıq, hətta, paxıllıq hissi olur...
- Şükürlər olsun ki, içimdə heç vaxt heç kəsə qarşı paxıllıq olmayıb, heç kəsin paxıllığını çəkməmişəm. Ona görə də mənim paxıllığımı çəkə bilmirlər. Hələ mən indiyənə kimi heç bir nə sənətçi dostumdan, nə də qeyri- birindən, yəni, sənətə dəxli olmayan insanlardan özümə qarşı heç vaxt paxıllıq, qısqanclıq hissi görməmişəm.
Ona görə də hamıdan, demək olar ki, eyni səviyyədə eyni bir istəklə, eyni bir halla təbrikləri qəbul etmişəm, edirəm. Bütün sənət dostlarımı, mənimlə bir yerdə və məndən öncə də fəxri ad almış sənət dostlarımı təbrik edirəm. Onların hər birisinə uğurlar diləyirəm və növbədə olan həmkarlarıma da, dostlarıma da bu günü arzu edirəm.
Arzu edirəm ki, tezliklə mənim dostlarım, mənim həmkarlarım, mənim yaxınlarım, öz sənətlərində həmişə ciddi olan, məsuliyyətlə işləyən sənət dostlarım fəxri adlarla təltif olunsunlar.
“Hansısa bir sosial şəbəkədə yoxam”x9d
- İlkin müəllim, son illər ciddi sənət adamları arasında olmasa da, istəsək də, istəməsək də həyatımıza daxil olmuş şou-biznes aləmində intriqalar, qarşılıqlı, heç bir hədd, əndazə gözləməyən təhqirlər baş-alıb getməkdədir. Təəssüflər olsun ki, bu intriqalara qoşulanlar arasında “Xalq”x9d və “Əməkdar”x9d artist adlarını daşıyanlar da var... Onlar nə bu adlara hörmət qouyr, nə onun məsliyyətini başa düşür, nə də...
- Əvvəla ad məsələsi, əlbəttə ki, Azərbaycanımız, vətənimiz, torpağımız, Azərbaycanın vətəndaşları üçün bütün səy və bacarığı ilə çalışan ölkə başçımızın bizə qoyduğu, verdiyi diqqətdir, hörmətdir.
Ona görə hər zaman bu ada hörmət qoymaq lazımdır və belə deyək, bir az da daha çox hörmət qoymaq gərəkdir.
O ki qaldı o məsələlərə-dava edənlərə, qırğın edənlərə, səmimi, açıq deyirəm, mən bunların çoxundan, demək olar ki, məlumatsız oluram. Çünki mənim işim çox olur. Çox vaxt burada olmuram, qastrol səfərlərində oluram, dövlət səfərlərində oluram. Və burada olan vaxtı da ancaq işimlə-gücümlə məşğul oluram, internetə, saytlara, pis başa düşməyin, dönə-dönə üzr istəyirəm, girməyə mənim imkanım olmur. Hansısa bir sosial şəbəkədə, nə bilim “instagram”x9d deyirlər, nə bilim filan şey, heç onlarda da yoxam.
“Bilmirəm ki, onlar harada dalaşırlar, harada hansı söz-söhbətlər olur...”x9d
Mən bilmirəm ki, onlar harada dalaşırlar, harada hansı söz-söhbətlər olur. Onlardan məlumatsızam və belə bir şeylər də varsa, yəqin ki, özləri zaman gələndə bir-biriləri ilə yola getməyi bacaracaqlar, dil tapmağı bacaracaqlar. Mənim işim deyil ki, onların işinə qarışmaq, onlara nəsə yol göstərmək. Bizdən böyüklərimiz var, bizdən sayılıb-seçilən sənətkarlarımız var, ustadlarımız var ki, onlar hamısı özlüyündə, ayrılıqda bir nəhəngdir.
“Kimsənin işinə qarışmağı heç vaxt xoşlamamışam və heç vaxt da istəməmişəm ki, kimsə mənim işimə qarışsın”x9d
- Bu günlərdə tanınmış iki sənət adamının “davasına”x9d münasibət bildirən Azərbaycan tanınmış ziyalılarından, yazıçılarından biri baş verənlərin fonunda fəxri adların ümumiyyətlə, ləğv olunması təklifi ilə çıxış edib... Sizin bu məsələyə münasibətiniz necədir: fəxri adlar qalmalı, yoxsa, ləğv edilməlidir?
- Əlbəttə ki, səhvsiz insan yoxdur. O kiçik qüsurlara, nöqsanlara görə mənə yol göstərənlərə də öz təşəkkürümü bildirirəm. Amma ciddi şəkildə kiminsə işinə qarışmaq mənim işim deyil.
“Bu, bizim üçün yasaqdır”x9d
Eynilə də bizim fəxri adlar məsələsinə qarışmağa qəti ixtiyarımız yoxdur. O şeylərə nəinki qarışmaq, o şeylər barəsində biz sənətçilərin kəlmə kəsmək ixtiyarımız yoxdur. Bu, bizim dövlətimizin işidir.
































































































