Bir dəqiqəlik sükut ənənəsinin TARİXÇƏSİ – Bu anım tarixi ölkəmizə haradan gəlib?

Hazırda oxunan: Bir dəqiqəlik sükut ənənəsinin TARİXÇƏSİ – Bu anım tarixi ölkəmizə haradan gəlib?

96004

Dünyanın əksər ölkələrini birləşdirən müxtəlif ənənələr var. Onlardan biri də baş verən qırğın, soyqırım nəticəsində dünyasını dəyişənlərin, müharibələrdə şəhid olanların və vəfat etmiş hansısa tarixi, siyasi şəxsiyyətlərin ruhuna hörmət əlaməti olaraq xatirələrinin "bir dəqiqəlik sükut"la yad edilməsidir.

Qeyd etməliyik ki, bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. 

Bir dəqiqəlik sükut zamanı iştirakçılar adətən başlarını əyir, papaqlarını çıxarır, bir müddət danışmır və hərəkət etmirlər. Dini görüşündən asılı olaraq, bu müddət ərzində bəzən səssiz formada dualar da oxunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür


Bəs, sükutla anma mərasiminin tarixçəsi nədir?

Bizim.Media xəbər verir ki, sükutla anım mərasimi ilk dəfə 13 fevral 1912-ci ildə Portuqaliyada qeyd olunub və bu sükut bir dəqiqə deyil, 10 dəqiqə müəyyənləşdirilib. Portuqaliya Senatı 10 dəqiqəlik sükutu üç gün əvvəl - fevralın 10-da vəfat etmiş Braziliyanın xarici işlər naziri Joze Mariya da Silva Paranyosa həsr edib.

Sükutla anım mərasiminin ənənəyə çevrilməsini 1919-cu ilin may ayında avstraliyalı jurnalist Edvard Xani təşəbbüs kimi irəli sürüb. 

O, “The Times” qəzetində I Dünya Müharibəsində həlak olanların xatirəsinin 5 dəqiqəlik sükutla yad edilməsini təklif edib. Jurnalistin təklifi qəbul olunub. Amma sükut dəqiqələri 5 dəqiqədən 2 dəqiqəyə endirilib.
 

Daha sonra bir sıra ölkələrdə müharibələr, təbii fəlakətlər zamanı həlak olanlara, vəfat etmiş dövlət başçılarına ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilib və bu 1 dəqiqə müəyyənləşdirib.


SSRİ-də bir dəqiqəlik sükut ənənəsi Leonid İliç Brejnevin hakimiyyəti dövründə başlayıb. Qələbənin 20 illiyində, 1965-ci ilin mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə hər ilin mayın 9-da Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Azərbaycanda hər il yanvarın 20-də isə saat 12-00-da 20 Yanvar şəhidlərinin, fevralın 26-da saat 17-00-da Xocalı soyqırımı qurbanlarının, sentyabrın 27-si 12-00-da isə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin