Bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Hazırda oxunan: Bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

9598

Bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik qanun pozuntuları, o cümlədən cinayət xarakterli pozuntular, həmçinin onları doğuran səbəb və şərait müəyyənləşdirilib.

Bizim.Media-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin xarakterik qanunpozuntularının və onların baş verməsinə şərait yaradan halların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib:

“Araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin