Vətən Müharibəsinin 1-ci gününün ŞAHİDİ DANIŞIR: “Evimizə “minamyot”mərmisi düşdü”

Hazırda oxunan: Vətən Müharibəsinin 1-ci gününün ŞAHİDİ DANIŞIR: “Evimizə “minamyot”mərmisi düşdü”

95969

2020-ci ilin sentyabrına qədər işğal edilmiş Azərbaycan torpaqlarında yerləşən erməni silahlı qüvvələri qoşunların qarşıdurma xəttində müxtəlif miqyasda təxribatlar törətməyə davam edirdi.

Demək olar ki, bütün təmas xətti boyunca yerləşən yaşayış məntəqləri də düşmənin atıcı silahlarından və artilleriya qurğularından atəşə məruz qalırdı.

Hətta təmas xətti ilə yanaşı Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində başladılan silahlı təcavüz son illər Azərbaycan tərəfinə qarşı törədilən ən böyük təxribat idi. Əvvəlki lilərdən fərqli olmayaraq yenə Azərbaycan ordusu təxribatın qarşısını alır və atəşkəsin əldə edlməsini təmin edir. Bütün beynəlxalq normalar qorunur, münaqişənin həlli yolunda aparılan sülh danışıqlarının hər bəndinə əməl edir. Lakin 2020ci lin bu günü – 27 sentyabr tarixində baş verənlər necə deyərlər, bardağı daşıran son damla olur. 

Belə ki, səhər saat beş-altı radələrində qoşunların qarşıdurma xəttində atəşkəsin intensiv şəkildə pozulması, cəbhənin Tərtər və Ağdam rayonları istiqamətində dinc əhalinin yaşadığı evlər artilleriya qurğuları ilə vurularaq dağıdılması səbrin tarıma çəkilməsi, ya da işğalçı orduya tutarlı dərs verməyin start nöqtəsi idi.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür


Bəli, hər şey cəbhənin Qapanlı (Tərtər rayonu) və Baş Qərvənd (Ağdam rayonu) kəndi ərazisində mülki əhalinin yaşadığı evlərin dağıdılması ilə başladı... 

Ali baş komandanın əmri ilə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınır. Atəş mövqeləri atəş altında saxlanılmaqla çevik əks hücum təşkil edilir. Bu əks-hücum Azərbaycan üçün şanlı tarixin başlanğıcıydı. Şəfəqin doğuşu ilə səngərdən atlanan qəhrəman Azərbaycan əsgəri düşmənin üzərinə yeriyir, illərdir möhkəmləndirilən müdafiyə səddləri darmadağın edildi. 
Hələ döyüşün ilk dəqiqələrindəncə işğalçı ordu öz “məharətin” göstərməyə başlayır.

Mövqelərdən geri çəkilməklə yanaşı Azərbaycanın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutur. Atəş nəticəsində dağıntılar və yaralananlar olsa da xalq öz ordusunun arxasından çəkilmir. Sözün əsl mənasında xalq vəhdət təşkil edərək, dəmir yumruq kimi Prezidentin ətrafında sıx birləşir...

Döyüşün birinci günü erməni artilleriyasının yaşayış məntəqələrinə atdığı mərmidən yaralanan Ağdam rayon Qaradağlı kənd sakini, 1961-ci il təvəllüdlü Bəykişi Zeynalovu ermni terrorunun qurbanı adlandırmaq olar. Evinə mərmi düşərək başından ağır yara alan dinc sakin həmin günü belə xatırlayır: 

“27 sentyabr 2020-ci ildə səhər-səhər erməni təcavüzkarlarına bizim milli ordumuz cavab verərkən ermənilər bizim kəndi atəşə tutdular.

Bizim evimizə “minamyot”mərmisi düşdü. Onda mən alnımın sağ tərərfindən yaralandım. Alnımdan yaralana qədər ev, uşaqlar, hər bir şey yadımdaydı.

Alnım yaralanandan sonra heç bir şey xatırlamadım... Yaralanıb yerə yıxılandan sonra uşaq məni həyətə düşürüb. Öncə Ağdam və Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışam. Ordan isə Bakıya... Nerocərrahiyədə əməliyyat olunmuşam. Ayılandan sonra nələr baş verib hamısını öyrəndim. Həkimlər televizora baxmağa icazə verdi.

Xəbərlərdə baxdım ki, xeyli torpaqlar azad edilib. Bir an olsun Dövlətimin, Ordumun, Prezidentimin mövqeyindən çəkilmədim. Hər zaman dəstəklədim. Bu günə şükr olsun”! – Bəykişi Zeynalov

Təbii ki, döyüşün birinci günü cəbhədən şəhid xəbərləri də gəlirdi. Ancaq bu xəbərlər Azərbaycan cəmiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanır, Vətən yolunda canından keçən qəhrəman şəhid ölkənin bütün bölgələrində izdihamın ehtiramı ilə qarşılanıb son mənzilə yola salınırdı...

Xalqın vahid komandanlıq ətrafında sıx birləşməsi, cəbhədə döyüşən əsgərin ruh yüksəkliyi elə birinci gündəcə bizə erməni ordusunda sonun başlanğıcının startını anlatmışdı. Görəcək günlər isə hələ qabaqda idi... Hələ bizi qarşıda hər anında şəhid qanı olan şərəfli 43 gün gözləyirdi... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin