Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür - FOTO

Hazırda oxunan: Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür - FOTO

95956

Hazırda Zəngilan Hava Limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib.

“İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti təşkil edilib”, - deyə E.Quliyev bildirib.

DSX rəisi əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 106 km məsafədə yeni yollar çəkilib, 225 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1556 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib:

“Prezident İlham Əliyevin 2021-ci ilin 26 aprel, 4 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərdə işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin açılışını etməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşıladılar.

Müzəffər Ali Baş Komandanın "Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm" sözləri isə hər birimizə böyük sevinc hissləri yaşatdı”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin