Bu federasiyanın sabiq vitse-prezidenti külli miqdarda dələduzluq edib - MƏHKƏMƏ

Hazırda oxunan: Bu federasiyanın sabiq vitse-prezidenti külli miqdarda dələduzluq edib - MƏHKƏMƏ

95882

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Günay Əliyeva ifadə verib.

Günayın sözlərinə görə, tanışı Emin İbrahimova 150 min manata ehtiyacı olduğunu deyib:

“Emin də mənə Səbuhi və Murad adlı şəxsləri dedi, onların bu pulu verəcəyini söylədi. Mən də   onunla razılaşdım, adıçəkilən şəxslərlə görüşdüm. Zərərçəkmiş bildirib ki, Səbuhiyə 2022-ci ilin martında deyib ki, 51 min manatlıq maşını banka girov qoyaraq pul götürə bilərlər:
"Mən də razılaşdım. Mənə deyildi ki, “Bentley” markalı maşınımı Səbuhi banka qoyaraq 150-200 minə qədər pul götürəcək. Sonrakı günlərdə xəbər ala bilmədim. Nərimanov rayon Polis İdarəsinə şikayət etdim. Emini çağırdılar. İfadəsində dedi ki, pulu Səbuhiyə yox, başqasına verib. Gözlədim, xəbər çıxmadı. Sonra Daxili İşlər Nazirliyinə şikayət etdim”.

Növbəti proses oktyabrın 10-da davam edəcək.

İttihama görə, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevayla birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərək ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək, 341 min manatlıq dələduzluq etməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin