Quru sərhədlərin açılmamasının əsl səbəbi MƏLUM OLDU – Hələ 2 ay da bağlı QALACAQ

Hazırda oxunan: Quru sərhədlərin açılmamasının əsl səbəbi MƏLUM OLDU – Hələ 2 ay da bağlı QALACAQ

95856

İki ildən çoxdur ki, Azərbaycan sərhədləri bağlı qalır və hələ bir müddət də qapalı qalacaq. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə COVID-19 pandemiyası ilə bağlı karantin rejimi 2022-ci il noyabrın 1-i səhər saat 6-ya qədər uzadılıb. Xüsusi karantin rejiminin bundan öncəki müddəti sentyabrın 1-də bitməli idi. Ən azı quru sərhədlər noyabrın 1-nə qədər açılmayacaq. 

Ölkə hakimiyyəti bu qadağanı koronavirsun yayılması riski ilə izah edir, amma ekspertlər bununla razılaşmır.

Təhlillər onu göstərir ki, quru sərhədlərin açılmaması ilə bağlı qərar iqtisadi amillərlə deyil, təhlükəsizlik faktoru ilə əlaqəlidir. Yəni quru sərhədlərin açılmaması  heç də “AZAL”a baha bilet satmaq üçün şəraitin yaradılması amili ilə bağlı olmayıb.

Rusiya ilə sərhədimiz açıq olsaydı, səfərbərlikdən yayınan kifayət qədər fərari alternativ yollardan istifadə etməklə ölkəmizə pənah gətirərdi. Demək ki, əvvəlcədən bunu gözə alan hökumət qonşu ölkələrdəki gərginliklərin nəticəsini hesaba alaraq, belə bir qərarı qüvvədə saxlayıb və indi də xalqın təhlükəsizliyi mövqeyindn çıxış edərək addım atır. 
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafanın sözlərinə görə sərhədlərin bağlı qalması əsasən pandemiya şərtlərinə görə izah olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədləri bu tarixdən açılmalıdır – Deputatlardan XƏBƏR VAR 


“Ona görə də bunun məhz başqa ölkələrdə yaranmış qarışıqlığa görə ölkəmizə gəlmənin qarşısının alınması üçün edildiyi barədə hökumət tərəfindən hər hansı bilgi verilməyib. Bunu mənim tərəfimdən iddia etmək doğru olmaz. Amma bütün hallarda son hadisələr göstərir ki, sərhədlərin nəzarət altında olması çox vacibdir.

Ümid edək ki, vəziyyət sabitləşəndən sonra quru sərhədlərin açılma məsələsi gündəmə gələ bilər. Bütün situasiyalarda ölkənin təhlükəsizliyi üçün hansısa addım atmaq lazımdırsa, bunu anlayışla qarşılamaq lazmdır. Biz təbii ki, vətəndaşların vəziyyətini yüngülləşdirəcək addımlar atılmasının tərəfdarıyıq.
Amma bu, hansısa təhlükə üçün əsas verirsə, sərhədlərimizin problemlərlə üzləşməsini özü ilə gətirirsə, onda bu məsələlərlə bağlı belə məhdudlaşdırıcı addımlar atılması insanlarımız tərəfindən normal qarşılanmalıdır. Ən azı indiki məqamda hadisələr öz məcrasına qayıdan kimi bu məsələdə müəyyən müsbt addımların atılması mümkün ola bilər və sərhədlərin açılqması da gerçəkləşə bilər”.

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır.

Onu da qeyd edək ki, Gürcüstan sabahdan Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoya bilər. Bunu Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili deyib.

Onun sözlərinə görə, buna səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının Gürcüstana axın etməsi səbəb göstərilir. Deputat qeyd edib ki, hökumət bazar ertəsindən etibarən 18 yaşdan 55 yaşa qədər kişilər üçün ölkə sərhədlərini bağlamağı planlaşdırır. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin