Xəzərdə suyun səviyyəsi niyə azalır?

Hazırda oxunan: Xəzərdə suyun səviyyəsi niyə azalır?

95844

“Qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsində periodik olaraq dəyişmələr baş verir. Səviyyənin dəyişməsində başlıca amil Xəzərin hövzəsinin iqlimidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə səsləndirib.

Onun sözlərinə görə,  səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir.
Eyni zamanda fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər.

“Qeyd edək ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən dəniz səviyyəsində enmələr müşahidə olunur”. Trend.az onun dediklərindən sitat gətirib. 

R.Səttarzadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir:
“Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin